Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir.
Etnik qrup — etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə "milli azlıq" kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında "milli azlıq" və "etnik azlıq" (qrup) çox zaman adekvat kimi işlənilir.[1] Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir.